TQDK nəticələri açıqladıbackend

TQDK nəticələri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TQDK-dan verilən məlumata görə, nəticələr iyulun 22-də saat 18:00 – dan etibarən rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqənin nəticələri haqqında məlumatı həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Qeydiyyatdan keçərkən tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə edə bilərsiniz.

İnterpress.az