Hotellərdə qanunsuzluqlar var – MTRSbackend

Hotellərdə qanunsuzluqlar var – MTRS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunmuş, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.

Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınıb.

İnterpress.az