7 ayda 1741 qadın – HESABATbackend

7 ayda 1741 qadın – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat birliyin hesabatında yer alıb.

Müraciət edənlərdən 4 nəfəri insan alveri qurbanları, 1517 nəfəri potensial qurbanlar, 148 nəfəri məişət zorakılığı qurbanıdır. Birliyin sığınacağına 72 nəfər yerləşdirilib ki, onlardan da 12 nəfəri uşaqlar olub.

Bundan başqa birliyə hüquqi yardım üçün müraciətlərin sayı 445 nəfər nəfər olub. “Qaynar xətt” vasitəsilə məsləhət üçün müraciət edənlərin sayı 735 nəfər təşkil edib. 289 nəfərə psixoloji yardım göstərilib. Tibbi yardım üçün təşkilata müraciət edənlərin sayı yüksək olub -824 nəfər. Onlardan 4 nəfəri əməliyyat, 6 nəfəri 7 saylı qadın məsləhətxanası, 9 nəfəri dəri-zöhrəvi dispanser, 4 nəfəri doğuş, 11 nəfər ümumi müayinə, 702-i nəfəri QİÇS Mübarizə Mərkəzinə qan analizlərinə, 100 nəfəri genikoloqa istiqamətləndirilib.

Təşkilat müraciətlərlə bağlı Mirqasımov adına Respublika Klinik Xətəxanası, 7 saylı qadın məsləhətxanası, Vərəm Dispanseri, 5 saylı xəstəxana, Musa Nagiyev adına xəstəxana ilə əməkdaşlıq edir.

Hesabat dövrü ərzində 6 nəfər işlə təmin edilib, 3 nəfər peşə bacarıqları üzrə kurlsara istiqamətləndirilib.

Bu müddət ərzində “Təmzi dünya” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi üzrə Sabirabad, Saatlı, Hacıqabul, İsmayıllıda tədbirlər həyata keçirib. Tədbirlərdə iştirakçıların sayı 1500 nəfərə yaxın olub. Layihənin büdcəsi 13 min manat təşkil edib. Layihə çərçivəsində son tədbir Şəkidə keçiriləcək. Hazırda təşkilatın yeganə maliyyə mənbəyi sözügedən layihədir. 7 aydır ki, təşkilat tam könüllü prinsip əsasənda fəaliyyət göstərir.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 1997- ci ildən fəaliyyət göstərir. Təşkilat 2006- cı ildən Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib.
2014- cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi akkrediyasiya attestatı alıb.

Elnarə
İnterpress.az