Quba bağları susuzluqdan əziyyət çəkir – FOTObackend

Quba bağları susuzluqdan əziyyət çəkir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızmar yay günləri başlayan kimi sakinləri narahat edən məsələlərdən biri də su olur. Quba rayonunun Bağbanlı kənd sakinləri may ayından bağlarının suvara bilmədiklərindən şikayət edirlər. Belə ki, Quba rayonunda su anbarlarının olmaması quraqlıq keçən yay aylarında caylarda suyun səviyyəsinin düşməsinə gətirib çıxarıb ki bu da özü ilə bir sıra çətinliklər yaradıb. Quba Suvarma Suvarma sistemləri idarəsinin məlumatına əsasən su Alekseyevka, Zərdabi, Gülüstan və Qudyalçay Sudan istifadə edənlər birliyi arasında 5 gündən bir olmaqla su ilə təmin olunurlar. Çayların suyunun az olması ilə əlaqədar təsarüfat suları bağlara mərhələli şəkildə verilir. Suyu növbəli şəkildə alan bağ sahibləri isə bu növbəyə əməl olunmadığını deyirlər

Bağbanlı kənd sakinlərinin sözlərinə görə hər dəfə su veriləndə eyni insanların bağlarına su verilir. Bu ərazinin Sudan istifadə edənlər birliyinin sədri Zal Hacıyev isə bu gün bu kənddə bağların zərər görməsinin günahını kənd sakinlərində olduğunu deyir.Onu da qeyd edək ki, Suvarma sistemləri idarəsindən dövlət rüsumu 50 qəpiyə olan suyu alan Suvarma sistemləri idarəsi bağ sahiblərinə təsərrüfat sularını özü tərəfindən təyin olunan qiymətə satır.

Quba bağları susuzluqdan əziyyət çəkir - FOTO

Quba bağları susuzluqdan əziyyət çəkir - FOTO

Quba bağları susuzluqdan əziyyət çəkir - FOTO

Quba bağları susuzluqdan əziyyət çəkir - FOTO

Xanım MƏMMƏDOVA
İnterpress.az