Qubada sakinlər yolu bağladı – FOTObackend

Qubada sakinlər yolu bağladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayon Zərdabi qəsəbəsinin sakinləri Quba -Xaçmaz yolunu bağlayıblar.Səbəb isə qəsəbədə içməli suyun olmamasıdır.Sakinlər bildirir ki 3 aydan yuxarıdır ki içməli su üzünə həsrətdirlər. Aksiya iştirakçıları bu barədə aidiyyatı orqanlara dəfələrlə şikayət etsələr də, nəticəsinin olmadığını qeyd edirlər

Buradan öyrəndik ki içməli suyun olmamasına səbəb 4000 sakini olan qəsəbənin bir qismini təmin edən artizyan quyusunun fəaliyyətinin dayandırılmasıdır. Quyunun istifadəsinin dayandırılmasına səbəbəni isə Qəsəbə bələdiyəsinın sədri Vüqar Şirinov sakinləri tərəfindən su pulunun ödənilməməsi ilə əlaqələndirdi.

Quba rayon Zərdabi səsəbəsinin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Fazil Seydiyev qəzəbədə 4 artezian quyusunun olduğunu qeyd edərək onlardan da yalnız ikisinin istifadədə olduğunu qeyd etdi.

Nümayəndə Rayon sakinlərini əmin etməyə çalışdı ki məsələ yaxın 3 gün ərzində həllini tapacaq.

Çox keçmədi ki Əraziyə Quba rayon icra hakimiyyəti aparatının rəsmisi gələrək sakinlərin şikayətini dinlədi

Qubada sakinlər yolu bağladı - FOTO

Qubada sakinlər yolu bağladı - FOTO

Qubada sakinlər yolu bağladı - FOTO

Qubada sakinlər yolu bağladı - FOTO

Xanım MƏMMƏDOVA
İnterpress.az