Havanı çirkləndirən sürücülər cəzalandırılacaqbackend

Havanı çirkləndirən sürücülər cəzalandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barədə inzibati qaydada tədbirlərin görülməsidir.

Ekologiya aylığı çərçivəsində ETSN və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı şəhərində havanın mühafizəsi haqqında qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə nəqliyyat və avtonəqliyyat vasitələrində yoxlamalar aparacaqlar.

Yoxlamaya cəlb olunmuş avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarının artıq olduğu aşkar edilərsə, bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbirlər görüləcək. Bundan başqa “Təmiz hava” aylığı tədbirləri çərçivəsində ETSN əməkdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.

İnterpress.az