Zaqataladakı silahlı insidentlə bağlı rəsmi açıqlamabackend

Zaqataladakı silahlı insidentlə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

Hadisə zamanı yaralanan A. Həzrəyev və hadisəni törədən S. Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.

İnterpress.az