Daha bir yazardan Nigar Köçərliyə ittiham: Saxta kitab qalmaqalıbackend

Daha bir yazardan Nigar Köçərliyə ittiham: Saxta kitab qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elçin Səfərli İnterpress.az-a bildirib ki, sözügedən kitab mağazalarında müəllifi olduğu 2 kitabın saxta nüsxələri satılır: “Mənim “AST” nəşriyyatında 8 kitabım nəşr olunub. Bu kitablardan 2-nin saxta nüsxələri Bakıdakı “Əli və Nino” mağazalarında satılır. Həmin mağazalardan başqa heç bir kitab mağazasında saxta nüsxələrə rast gəlməmişəm. Maraqlıdır ki, ən çox oxunan 2 kitabımın saxta nüsxəsini hazırlayıblar. Hazırda saxta kitablar bizim tərəfimizdən götürülüb, qəbz alınıb. Bütün bunları Moskvaya göndərmişəm, məsələ ilə “AST”nin hüquqşünası məşğul olur. Kitab ekspertizaya göndərilib. Ekspertiza kitabın “AST” nəşriyyatına aid olmadığına dair rəy verdikdən sonra hüquqi proses başladılacaq”.

Elçin Səfərli məsələ ilə bağlı kitab evinin direktoru Nigar Köçərli ilə dialoq qurmaq istədiyini, ancaq buna nail olmadığını bildirib: “Mən Nigar Köçərli ilə insani münasibətlərin pozulmasını istəmirdim. Çünki birgə layihələrimiz olub. Amma onun özünə bir neçə dəfə zəng etdim, mənə heç bir cavab vermədi. Nəhayətdə kitablar da anbardan yığışdırılmadı. Buna görə də məsələni hüquq çərçivəsində həll etmək lazımdır”.

İnterpress.az məslə ilə bağlı Nigar Köçərli ilə əlaqə saxlamağa cəhd edib. Ancaq Nigar Köçərli telefon zənglərinə cavab verməyib.

İnterpress.az