Bulvardan oğurlanan yaxta barədə yeni məlumatlarbackend

Bulvardan oğurlanan yaxta barədə yeni məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı “Yaxt-klub”da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət etmişdi.

Sonradan isə məlum olmuşdu ki, bu yaxta “Xəzər Dəniz Gəmiçiliyi İdarəsi” QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı “Yaxt-klub”un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib.

“Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. “Yaxt-klub”dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur” – deyə Ə.Əsgərov bildirib.

İnterpress.az xəbər verir ki, bu yaxta Aydın Bəşirov “Kaspar”ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur “Quryev” sovet paroxodundan gedir. ( virtualaz.org )

İnterpress.az