İki nəfər dənizdə batmaqdan xilas olunubbackend

İki nəfər dənizdə batmaqdan xilas olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Bundan başqa Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib.

İnterpress.az