Sel nəticəsində bağlanmış Quba-Xınalıq yolu açılıbbackend

Sel nəticəsində bağlanmış Quba-Xınalıq yolu açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın şimal bürosunun verdiyi məlumata görə, selin gətirdiyi palçıq və daşların örtdüyü yolun 56-cı km-də hərəkət tamamilə bərpa olunub. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Xınalıq İnzibati Ərazi Vahidliyinin sədri Fizuli Şərifov deyib ki, sel nəticəsində kənd sakinlərinə məxsus 40-dək xırdabuynuzlu, 10-12 ədəd iri buynuzlu heyvan tələf olub. Sel kənd daxili bir körpünü də uçurub.

İnterpress.az