Bakıda zəncirvari qəza: baba və nəvə öldübackend

Bakıda zəncirvari qəza: baba və nəvə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ınFHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A. Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A. Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb.

Xatırladaq ki, xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A. Hüseynovun nəvəsidir. ( apa )

İnterpress.az