Xəzərdə 1 nəfər batıb, 3 nəfər xilas edilibbackend

Xəzərdə 1 nəfər batıb, 3 nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Rəhimli Kamran İlham oğlu batıb.

K. Rəhimlinin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Xəzər rayonunda dənizdə 1 nəfər, Sabunçu rayonunda isə dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

İnterpress.az