Azərbaycanda dəhşətli virusbackend

Azərbaycanda dəhşətli virus

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il havanın temperaturunun kəskin artması ölkədə iribuynuzlu heyvanlar arasında \”Nodulyar dermatit\” virus xəstəliyinin yayılmasını sürətləndirmişdi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli movqe.az-a açıqlamasında mövcud hava şəraiti ilə əlaqədar rayonlarda \”Nodulyar dermatit\” virus xəstəliyinə qarşı vaksinasiya dezinfeksiya tədbirlərinin sürətləndirildiyini bildirib. Y. Xanvəli deyib ki, hələki xəstəliyin yayıldığı 35 rayonda \”Nodulyar dermatit\” virus xəstəliyinin yenidən baş qaldırması halı aşkarlanmayıb. Bununla belə Y. Xanvəli bütün rayonlarda Baytarlıq Xidmətlərinə bu xəstəliklə bağlı diqqətli olmağın tapşırıldığını söyləyib.

Qeyd edək ki, \”Nodulyar dermatit\” xəstəliyinin yenidən baş qaldırmasının səbəbi havaların isti keçməsi ilə əlaqədardır. Məlumdur ki, bu xəstəliyin yayıcıları ağcaqanadlardı aprel ayınadək bu virusa ölkədə 6200 heyvan yoluxub. Xəstəlikdən 250 baş heyvan bu xəstəlikdən tələf olub.

İnterpress.az