Ərzaq məhsullarının qiyməti ucuzlaşıbbackend

Ərzaq məhsullarının qiyməti ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7% ucuzlaşıb.

Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma olub.

Bundan başqa, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

İnterpress.az