Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olan biznesmenlərbackend

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olan biznesmenlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Turan\” agentliyinə təhqiqatın gedişatına yaxın olan məlumatlı mənbə sahibkar İbrahim İbrahimovun (Hacı İbrahim) təkrarən saxlanması haqqında məlumatı şərh edərkən bildirib.

Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 milyon dollardan 340 milyon dollara qədər öhdəliyi var.

Qeyri-rəsmi məlumatlara görə, ABB-də ən böyük kreditləri İbrahim İbrahimov – “Xəzər adaları”nın tikintisi üçün və Nizami Piriyev – metanol zavodunun tikintisi üçün – alıb. Piriyev yüz milyonlarla dollar dəyəri olan zavodu tiksə də İbrahimov hələ də heç nə tikməyib. Qeyri-rəsmi məlumatlara görə, hər iki halda söhbət yüz milyonlarla dollar kreditdən gedir.

Bununla belə, hər iki oliqarx iddia edir ki, onların kreditlərinin müddəti keçməyib, kredit məbləğləri isə xeyli azdır.

İnterpress.az