Vahid Ələkbərovun şirkətinə qarşı “offşorlarla anlaşma” ittihamıbackend

Vahid Ələkbərovun şirkətinə qarşı “offşorlarla anlaşma” ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rumıniya prokurorluğu şirkəti Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi şəxslərin nəzarətində olan offşor şirkətlərlə anlaşmada ittiham edib.
“Economica.net” bu barədə Apellyasiya Məhkəməsinin prokuroru tərəfindən hazırlanan materiallara əsasən yazıb.

Belə ki, aparılan araşdrmalar zamanı bir çox qanun pozuntusu aşkarlanıb. Məlum olub ki, 250 milyon avroya qədər vəsait məhz bu offşor şirkətlərə məxsus olan hesablar vasitəsilə köçürülüb. Prokurorların fikrincə, “Petrotel LUKoyl” Böyük Britaniyada qeydiyyatdan keçən bəzi offşor şirkətlərlə şübhəli anlaşmalara gedib. Həmin offşor şirkətlərin hətta ofis binaları belə yoxdur.

Xatırladaq ki, bundan əvvəl “Lukoil Europe”yə qarşı çirkli pulların yuyulması ittihamı irəli sürülmüdü. Rumıniyaya bundan 1,77 milyard avro ziyan dəydiyi bildirilirdi. Şirkətin direktoru Andrey Baqdanov da daxil olmaqla bir çox rəhbər şəxslərə qarşı ittiham irəli sürülmüşdü. Prokurorun vəsatəti əsasında məhkəmə Rumıniyada “LUKoyl”un əmlakına və 2 milyard dollarlıq bank hesabına həbs qoyub.

İnterpress.az