İqtisadçı ekspert: “Dollar bahalaşacaq”backend

İqtisadçı ekspert: “Dollar bahalaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur: “Dollar nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son 3 gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1.1482 və 1.1405 oldu. Buna görə də, manatın məzənnəsinin son günlərdəki azalması neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirilməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da, əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir”.

İnterpress.az