Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişibbackend

Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırkı attaşe Nevzat Taşdeler İstanbulda yerləşən, azərbaycanlı əsgərlərin də təhsil aldığı Hərbi Akademiyalar Komandanlığına qərargah rəisi vəzifəsinə təyin edilib.

N. Taşdeler yeni vəzifəsində Türk Ordusu üçün komandirlərin yetişdirilməsinə xidmət edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Ali Hərbi Şurada verilən qərara əsasən, iki ildir, Bakıda xidmət edən attaşeyə general-leytenant rütbəsi də verilib.

Türkiyənin Azərbaycandakı attaşesi vəzifəsinə isə general-mayor İhsan Başbozkurt təyin olunub. Vəzifə dəyişikliyinin yaxın həftələrdə gerçəkləşəcəyi düşünülür.

Hazırda Urfada birqada komandiri vəzifəsini icra edən yeni attaşe Qarsda anadan olub. Onun Azərbaycan dilini bildiyi bildirilir. ( apa )

İnterpress.az