Azərbaycanda mehmanxanaların sayı 338-ə, turizm şirkətlərinin sayı isə 295-ə çatıbbackend

Azərbaycanda mehmanxanaların sayı 338-ə, turizm şirkətlərinin sayı isə 295-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində \”My Way\” mehmanxanası, \”Dostluq\” istirahət mərkəzi, \”Motel\” və \”Business Palace\” obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Eyni zamanda, Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 295-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində \”Ze Tur\”, \”Luna Travel\”, \”Bir An Tur\”, \”Kaspi Tur\”, \”Azera Turizm\”, \”Time To Travel\”, \”Mondo Travel\”, \”A La Carte Travel\” və \”Filosofi\” şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

İnterpress.az