Bakı metrosu yeni kart sisteminə keçdi – VİDEO, FOTObackend

Bakı metrosu yeni kart sisteminə keçdi – VİDEO, FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropolitenində sərnişinlərin istifadəsində olan köhnə kartlardan istifadə daha mümkün olmayacaq. Əvəzində isə yeni kartlar iki gündən sonra sərnişinlərin istifadəsinə veriləcək.

Köhnə kartları isə sərnişinlər avqustun 15-ə qədər qaytarıb kartın dəyəri olan 2 manatlarını geri ala bilərlər.

“BakıKart” adlanan yeni kartlar da sərnişinlər 2 manata satılacaq. Bu kartlar köhnələrdən fərqli olaraq həm daimi, həm də müvvəqqəti olacaq.

“Əhalinin istifadəsinə iki adda kart təqdim olunur. Onlardan biri plastik kartdır. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Belə ki, plastik kartın istifadəsi zamanı vaxt məhdudiyyəti yoxdur. Digəri isə məhdud istifadə üçün nəzərdə tutulan kağız “BakıKart” kartlarıdır. Bu kart isə maksimin 4 dəfə gediş yükləmək mümkündür. İstifadə etdikdən sonra bu kartı atmaq olar. Kartları qiymətinə gəlincə, plastik kartların qiyməti 2 manatdır. Bu kartların hər hansı bir şəkildə geri qaytarılması mümkün deyil”, – deyə “BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib.

Yeni metro kartlarının “BakıBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar üçün nəzərdə tutulub. “BakuBus”lar ilk Avropa Oyunları zamanı idman arenalarına tamaşaçıların daşınmasını həyata keçirmişdi.

Gələn aydan etibarən bəzi maşrutların xəttinə buraxılacaq “BakuBus”ların dayanacaqlarında yeni kartlara ödəniş etmək mümkün olacaq.

Bununla yanaşı metropoliten stansiyalarında qoyulmuş terminallar vasitəsilə də bu kartlara gediş yükləmək mümkündür.

Bakı metrosu yeni kart sisteminə keçdi - VİDEO, FOTO

İnterpress.az