Azərbaycanlılar Moskvanın məşhur kafesində dava saldıbackend

Azərbaycanlılar Moskvanın məşhur kafesində dava saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, davanın 8 iştirakçısı saxlanılıb. Yaralanan şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı təhqiqat paytaxt polis rəisinin şəxsi nəzarəti altındadır.

Davanın kafe sahibləri ilə müştərilər arasında olduğu bildirilir. İlkin məlumatlara görə, davada azərbaycanlılar da iştirak edib, lakin hələlik saxlananlarla bağlı dəqiq məlumatlar açıqlanmayıb. Ayağından güllə yarası alan şəxsin xəstəxanaya yerləşdirildiyi xəbər verirlir.

Hadisənin baş verdiyi kafenin yapon mətbəxi şəbəkəsinə aid olduğu deyilir. Kafeyə daxil olan bir qrup müştəri kafe administratoru ilə mübahisə edib və daha sonra bu, davaya çevrilib.

İnterpress.az