Rusiyada itmiş vertolyotun qalıqları tapılıbbackend

Rusiyada itmiş vertolyotun qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, respublikanın rəhbəri Şolban Kara-ool vertolyotun qalıqlarının aşkarlandığı təsdiqləyib.

Mənbənin bildirdiyinə görə, hadisə yerində 10 nəfərin qalıqları da aşkar edilib.

Vertolyotun qalıqları ötən gün Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində tapılıb. Axtarış aparan mütəxəssislər üzərində “Tıva Avia” yazılan metal parçası tapıblar.

Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Onun göyərtəsində 7 sərnişin və 5 heyət üzvü olub.

İnterpress.az