Müəllimlərin vakant yerlərə əlavə yerləşdirməsi bu gün başa çatırbackend

Müəllimlərin vakant yerlərə əlavə yerləşdirməsi bu gün başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub.

Müsahibənin nəticələrinə əsasən, 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.

Tutulan vakansiyalar daha çox Bakı şəhəri üzrə (345 yer), Cəlilabad rayonu üzrə (83 yer), Lerik rayonu üzrə (71 yer) olub. Daha çox vakant yerlər ibtidai sinif üzrə (335 yer), coğrafiya üzrə (206 yer), kimya üzrə (156 yer) tutulub.

İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.

İnterpress.az