Sosial şəbəkələr Azərbaycanı tərk edə bilərbackend

Sosial şəbəkələr Azərbaycanı tərk edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən \”Skype\”, \”Facebook\” , “WhatsApp\” da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

İnterpress.az xəbər verir ki, nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən \”Skype\”, \”Facebook\” , “WhatsApp\” Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, nazir əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.

“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.

İnterpress.az