Ağdaşda 5 otaqlı evdə yanğın baş veribbackend

Ağdaşda 5 otaqlı evdə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun, Xosrov kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 221 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 185 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az