Qadınların gözəllik sirri tapıldıbackend

Qadınların gözəllik sirri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, pomidorun dəriyə müsbət təsiri daha əvvəl Balaton gölünün ətrafında yaşayan macaq qadınları üzərində aparılan araşdırma nəticəsində meydana çıxıb.

Kiel Universitetinin mütəxəssislərinin araşdırmasına görə, günəş şalarının dəri xərçəngi yaranmasında mühüm rolu var. Bunun qarşısını almaq üçün ən yaxşı vasitə likopen maddəsindən istifadədir ki, bu maddə də pomidorun içində var.

Professor Osman Müftüoğlunun sözlərinə görə, bu kəşf Balaton gölü sahilində yaşayan macar qadınlarının gözəllik sirrinin araşdırılması zamanı üzə çıxıb. Məlum olub ki, macar qadınları öz gözəlliklərini daha çox pomidor yemələrinə borcludurlar. Pomidorun içində olan likopen dərinin ən yaxın dostlarından biridir. Sadəcə pomidorda yox, qarpızda, qırmızı rəgli portağalda, qreyfurtda likopen var.

Pomidoru azca qızardıb üzərinə zeytun yağı tökərək yemək və yaxud yeməklərdə istifadə etmək gözəlliyinizi artırmaqla bərabər dəri xərçəngindən qorunmağa da yardımçı olacaq.

İnterpress.az