Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücü xəsarət alıbbackend

Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücü xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı – Qazax əsas magistral yolunun 210- cu km-də rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 33 yaşlı Fərəcov Babakişi Fərəc oğlu idarə etdiyi 99- AD- 210 dövlət nömrə nişanlı “Renault” markalı minik maşını ilə hərəkətdə olarkən maşın idarəetməsini itirib və yoldan çıxaraq su kanalına düşüb. Nəticədə B. Fərəcov müxtəlif bədən xəsarətləri alıb. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Hadisənin dəqiq baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır. (apa)

İnterpress.az