Azərbaycanda 361 adda qeydiyyatsız dərman müsadirə edilibbackend

Azərbaycanda 361 adda qeydiyyatsız dərman müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri də topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir:

“Bu məqsədlə, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar keçirir.

Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışı ilə bağlı əhalidən daxil olan müraciət və şikayətlər əsasında aparılır. Bil ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə İnzibati Xətalar Məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb.

Cəmi yoxlamalar zamanı bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməyən dərman preparatları müsadirə olunub”.

Digər məlumata görə, əgər əhali arasında dərman preparatına dair hər hansı bir şübhə yaranarsa, bununla bağlı Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edə bilərlər: “Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb.

2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib. Faktla bağlı tərəfimizdən lazımi tədbirlər görülüb.

Xəstələr üçün də məlumat formaları hazırlanıb.

Dərmanın əks təsirləri aşkar edildiyi halda vətəndaş AEM-in rəsmi internet saytındakı “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər. Bundan başqa mərkəz dərman və onun əks təsirləri haqda məlumatı beynəlxalq monitorinq sistemi ilə ala bilir.

Dövlət qeydiyyatında olan dərman preparatları, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar AEM-in rəsmi internet səhifəsində (www.pharma.az) yerləşdirilir.

Bunlar əhalinin sağlamlığının qorunması baxımından çox vacib və mühüm bir məsələdir və görülən bu işlər daim davam etdiriləcək”. (modern.az)

İnterpress.az