Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yaydıbackend

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

İnterpress.az