Yeni avtobuslar istifadəyə verildibackend

Yeni avtobuslar istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən İnterpress.az-a verilən məlumata görə, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə “28 may” metrostansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və “Koroğlu” metrostansiyasına doğru hərəkət edir. Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

Məlumat üçün bildirək ki, “BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir.

BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

İnterpress.az