Tənzilə Rüstəmxanlı: “Biz dərd ortağıyıq”backend

Tənzilə Rüstəmxanlı: “Biz dərd ortağıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri “Azəri -Turk” Qadinlar Birliyinin sədri Tənzilə Rustəmxanli Bakının işğaldan azad olunması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O, 1918-ci ilin 15 sentyabrında Bakının erməni və rus bolşeviklərinin işğalından azad edilməsi tarixindən danışaraq qeyd edib ki, bugünki tarix Azərbaycan üçün şərəfli səhifədir: “97 il bundan əvvəl Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Təssüf ki, Bakının işğaldan azad olunması barədə məsələ gündəmdə müxtəlif anlamlarda müzakirə edilir. Çoxları bu tarixə kölgə salaraq, Türk İslam Ordusunu işğalçı kimi qələmə verirlər. Nankorluq bizə yaraşmaz. Min illər keçsə belə, tarixin əsl faktları üzə çıxır”.

T.Rüstəmxanli Azərbaycan – Türkiyə dostluğuna qonşu ölkələr – İran, Rusiya, ən əsası isə Ermənistanın kölgə saldığını vurğulayıb: “Biz qardaş ölkəyik. Qardaşın qardaşa borcu olmaz. Azərbaycan-Türkiyə münasibətlərinə qarşı çıxanlar zaman-zaman hər iki ölkəni müsibətlərə məruz qoysa da, biz yenə ayaqdayıq”.
Beynəlxalq Diaspora Təşkilatının sədri İsmayıl Ağayevin sözlərinə görə isə, güc dövlətləri Ermənistandan istifadə edərək, Azərbaycan və Türkiyəni əllərində çəllək barıtı kimi saxlayırlar: “Bu, bir oyundur. Bu oyunda diqqətli olmaq lazımdır”.

İ.Ağayev Bakının işğaldan azad olunmasında müstəsna rolu olan Nuru Paşanın kifayət qədər anılmamasından narahatlığını ifadə edib: “Nuru Paşanın adına küçələr, parklar yoxdur. Hətta Azərbaycanda onun abidəsi belə ucaldılmayıb. Mən öz yaşadığım evin həyətində Nuru Paşanın at üstündə heykəlini ucaldacağam. Artıq bu işə başlamışam. Gələn il bugünki tarixdə abidə hazır olacaq”.

İnterpress.az