Polislər seçki maairfləndirilməsinə cəlb edildilərbackend

Polislər seçki maairfləndirilməsinə cəlb edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası Katibliyinin (MSK) Media və ictimai əlaqələr şöbəsindən İnterpress.az-a bildirilib ki, sentyabrın 21-dən etibarən MSK Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır. Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Sentyabrın 21-dən start götürən seminar-müşavirələrin sentyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

İnterpress.az