Yardımlıda avtomobil aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıbbackend

Yardımlıda avtomobil aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 19.00 radələrində Yardımlı rayonunun Honuba kəndində rayon sakini Vüqar Rəsulov idarə etdiyi “VAZ-21213” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Yardımlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az