Sentyabrın 27-də Ay “qana boyanacaq”backend

Sentyabrın 27-də Ay “qana boyanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr ayının 27-də Ay öz orbitinin Yerə maksimal dərəcədə yaxın nöqtəsindən keçəcək. Yerin təbii peyki bu nöqtəni ayda 1 dəfə keçir.

Ancaq sentyabrın 27-də baş verəcək hadisənin özəlliyi ondadır ki, Ay orbitinin Yerə ən yaxın nöqtəsinə yetişəndə Yer Günəşlə Ayın tam ortasında olacaq. Bu təbiət hadisəsi zamanı tam Ay tutulması ilə yanaşı Ayın həmişəki halından 14 faiz daha böyük və ən əsası da, qırmızı çalarlı rəngə boyanması müşaiyyət olunacaq. Günəş şuaların Yerin atmosferindən keçən zaman sınması nəticəsində yaranan \”Qanlı ay\” effekti elmi baxımdan asan izah edilsə də, hələ də insanları heyrətləndirə, bəzən isə qorxuda da bilir.

Sonuncu dəfə \”Qanlı ay\” 1982-ci ildə müşahidə olunub. Növbəti dəfə isə 2033-cü ildə müşahidə edilə biləcək. Odu ki, sentyabrın 27-də \”təyin edilər\” \”Qanlı Ay\” şousunu qaçırmayın.

E. Məmmədov