Azərbaycan bayrağı Silikon vadisində qaldırıldıbackend

Azərbaycan bayrağı Silikon vadisində qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli Azərbaycan icmasının təşəbbüsü, San Xose şəhərinin meriyasının dəstəyi ilə həyata keçirilən və 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan bu tədbirdə San Xose şəhərinin meri Sem Likardo və şəhərin icra şurasının üzvləri Tam Nguyen, Coni Xamis və digərləri, Azərbaycan icmasının üzvləri, həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən San Xose şəhərinin meri S.Likardo bu tədbirin ənənəyə çevriləcəyinə ümid etdiyini deyib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan icmasının bu şəhərdəki rolundan danışıb.

San Xose İcraiyyə Şurasının üzvləri çıxışlarında dost Azərbaycanın müstəqilliyini şəhərlərində qeyd etməkdən məmnun olduqlarını qeyd ediblər və ölkəmizlə San Xose şəhəri arasında təmasların intensivləşməsinə ümid etdiklərini söyləyiblər.

Ölkəmizin ABŞ-da səfirliyinin müşaviri Məmməd Talıbov tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına və San Xose meriyasına təşəkkürünü bildirib. O, Şərqdə ilk demokratik respublika, əsrlər boyu müxtəlif din və mədəniyyətlərin təmsilçilərinin sülh və əminamanlıq şəraitində yaşadığı ölkə olan Azərbaycan ilə San Xose əhalisinin daha yaxından tanış olmaq imkanı baxımından bu tədbirin vacibliyini qeyd edib, iştirakçılara ölkəmiz haqqında qısa məlumat verib.

Mərasimdən sonra meriyanın Rotonda binasında ziyafət verilib və Azərbaycan musiqiçilərinin ifasında milli musiqimiz səslənib.

Qeyd edək ki, San Xose şəhərində geniş və fəal azərbaycanlı icması yaşayır.

İnterpress.az