Tənzilə Rüstəmxanlı: “Tarix o günün Qəhrəmanlarını unutmayacaq”backend

Tənzilə Rüstəmxanlı: “Tarix o günün Qəhrəmanlarını unutmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

18 Oktyabr 1991-ci il Azerbaycanın Müstəqilliyinə qovuşduğu gün,yəni müstəqillik aktının imzalandığı gün. Bu günkü Azərbaycanımızın müstəqilliyini o günə borcluyuq.Bu günə gəlmək üçün, bir də 7 mart 1991-ci il tarixi bir qərar və tarixi bir gün də vardı.Həmin gün nə baş vermişdi,kimlər müstəqilliyimizin lehinə,kimlər əlehinə çixmışdı?.O günün qəhramanları kimlər idi?,Onlar ölümü gözə alaraq bu millət üçün savaş verəndə,Bəziləri müstəqilliyimizi istəmirdilər,kimlərdi onlar və indi hardadirlar?.Müstəqilliyin 43 qəhraman millət vəkili və müstəqilliyin əlehinə olan millət vəkilləri,onları tanıyan varmı?Şərəfli tarıximizin üz qaraları kimlər idi?,indi kim oldular? Onları tanıyan varmı?. Gənclər tarixin gedişatını dəyişən bu insanları nə qədər tanıyır?

O Günlərin canlı şahidi olaraq,hər il onlar hakkında bir yazı yazıram və unutmuram onlara bir şükran borcum olduğunu,unutmayacağam da,Siz unutmadınızsa yazın.
Gerçəkdən o gün,yəni 7 mart 1991-ci ildə nə baş vermişdi? Bu günün bizim üçün anlamı nə?

Tarix O Günün Qəhramanlarını Unutmayacaq. Yeriniz Tarihin Şərəf Səifələrində Olacaq.Müstəqilliyimizi O Günə və O Günün Qəhramanları Olan Sizlərə Borcluyuq.