İranda yol qəzası: 20 ölübackend

İranda yol qəzası: 20 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri general Nadir Rəhmani \”Presstv\” xəbər kanalına deyib.

Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.

N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”

N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. ( trend.az )

İnterpress.az