Zaqatalada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıbbackend

Zaqatalada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayon Qazangül qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayonu Çökək kənd sakini, 1969-cu il təvəllüdlü Ramazan Xəlil oğlu Usoyevin idarə etdiyi VAZ-21011 markalı 85 BM 827 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu Qazangül qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musa Aslan oğlu Nəzirovun idarə etdiyi “Opel” markalı 08 BD 792 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Opel” markalı avtomobildə olan sərnişin, Zaqatala rayonu Qazangül qəsəbə sakini Elnarə Eldar qızı Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, R. Usoyevin vəziyyəti orta-ağır, M. Nəzərov və E. Nəzərovanın vəziyyəti isə orta-stabil qiymətləndirilir.

Faktla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. ( apa )

İnterpress.az