Paytaxtda dəhşətli yol qəzası: 2 ölübackend

Paytaxtda dəhşətli yol qəzası: 2 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Füzuli rayon sakini Zahid Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakinləri Dağlar Mikayılovu və Fərrux Musayevi vurub. Zərbə o qədər qüvvətli olub ki, hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az