Ağsu sakini taksi sürücüsünü güllələyibbackend

Ağsu sakini taksi sürücüsünü güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Ağsu şəhərində qeydə alınıb. Rayon sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlu ov tüfəngindən atəş açaraq həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu vurub. Yaşadığı evin qarşısında ağır xəsarətlər alan Rüstəm Osmanov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Tərlan Baxışov saxlanılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Rüstəm Osmanovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. ( apa )

İnterpress.az