Erməni xalqı ilə problemi olmayan ARDNŞ prezidentinə…backend

Erməni xalqı ilə problemi olmayan ARDNŞ prezidentinə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin rəhbərləri öz xalqlarına daim bir ideyanı aşılayırlar: “Türk xalqı erməninin düşmənidir”. Bu ideya ilə böyüyən erməni yolunu, izini, kim olacağını, kimlə dost, kimlə düşmən mövqeydə dayanacağını ilk addımdan bilir. Əsrin əvəllərində bizim “dindarlar” camaata “gecə incil ağacının altından keçməyin, sizi şeytan vurar” kimi xurafatı aşılayanda ermənilərin keşişləri Fransada, İtaliyada, Rusiyada sarayları sülənir, ölkə rəhbərlərindən “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün kömək istəyirdilər. Artıq bu cığırı açan keşişlərin dalınca gələn ermənilər bu gün torpaqlarımızın böyük bir hissəsini işğal edib, yeraltı və yerüstü sərvətlərimizi talayır.
Ermənilərin Azərbaycan insanına çəkdirdiyi zülmlər isə nə sözə, nə kitaba, nə də filmə sığan deyil. Amma bu gün torpağımıza sahib çıxan erməni öz güclü diasporu ilə bütün dünyaya olmayan “erməni soyqrımı”nı tanıtmaq uğurunda döyüşür, mübarizə aparır və sözün bütün mənalarında bizi bütün sahələrdə məğlub edir. Səbəb isə çox sadədəir.

Bazar günü ANS-in “Hesabat” verilişinin qonağı olan, ölkəmizin büdcəsinin əsas gəlirlərini təşkil edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstandakı erməni kilsələrini pulsuz qazla təmin etdiklərini dedi. Söz yox, məscid, kilsə millətlərin, xalqların deyil, Allahın evidir. Amma söhbət şirkət başçısının erməni kilsəsi və ermənilər haqqında məlumatsızlığından gedir.
O, fikirini belə əsaslandırır: “Bizim erməni xalqı ilə, erməni kilsəsi ilə düşmənçiliyimiz yoxdur ki. Bizim problem erməni xalqının öz hökumətində olan müəyyən adamlarnandır, müəyyən başkəsənlərnəndir ki…”.
Rövnəq bəy, siz “Bizim erməni xalqı ilə, erməni kilsəsi ilə düşmənçiliyimiz yoxdur ki” deyəndə konkret kimləri nəzərdə tutursunuz? Siz heç şəhid analarının göz yaşlarını görmədiniz? Gözünü dünyaya açandan ata həsrəti çəkən şəhid övladlarının gözlərindəki o dəhşətli acıları duymadınız? Xocalı faciəsinin qurbanı olan o, uşaqların gözündə donan heyrəti də görmədinizsə…

Erməni kilsəsi sizin dostunuzdurmu?

XVI əsrdən üzü bəri erməni kilsələri erməni icmaları ilə sıx birləşərək, Böyük Ermənistan ideyasını həyata keçirməyə çalışıblar. Araşdırmaçı İslam Sadıq “Ermənilərin Birinci Pyotrla görüşü” kitabında erməni kilsələrinin məkrli siyasi oyunların mərkəzində dayanması haqqında tarixi faktları açıqlayır. Kitabda deyilir ki, 1562-ci ildə katalikos Mikayıl Sebastasinin başçılığı ilə erməni keşişlərinin yığıncaqları keçirilməyə başlamışdı. Yığıncaqlar zamanı qərara gəlirlər ki, Roma Papasının yanına elçi göndərsinlər və bu niyyətlərini həyata keçirirlər. 13 il sonra isə katalikos Tadeous özü bu niyyətlə Lvova, Romaya və Venetsiyaya gedir. Erməni “dindarlarının” əliboş qayıtması onların ümidini öldürmür. Onlar çox ümidli idilər və ürəklə başladıqları işin nəticə verəcəyinə inanırdılar. Elə bu inamla da erməni keşişləri 1666-cı ildə Fransa kralına üz tuturlar. Krala Böyük Ermənistanın yaradılmasına edəcəyi kömək müqabilində Türkiyədə qiyamlar qaldıracaqlarına söz verirlər.

Hətta katlikos Akop Gürcüstana, oradan İstanbula qədər gedib çıxır. O, erməni xalqının arzuları uğurunda yollarda ölür. Amma Oryan adlı katalikos İtaliyaya, oradan Fransaya və Almaniyaya qədər gedə bilir. Oryan Almaniya knyazını ermənilərə yardım etməyə razı sala bilir. Almaniya knyazı Vilhelm erməni keşişlərindən konkret plan tələb edir. Bu dəfə erməni keşişləri Türkiyə və Azərbaycan torpaqlarını ələ keçirməkdən ötrü 36 bənddən ibarət planı alman knyazına təqdim edir. Lakin planla tanış olan knyaz üzdəniraq erməni dəstəsini saraydan it kimi qovur.

Erməni kilsəsinin rəhbərləri bundan sonra dəfələrlə Rusiyaya üz tutur, Birinci Pyotrla görüşürlər. Onlar axır ki, I Pyotrun üzünü Qafqaza döndərə bilirlər. 1703-cü ildə erməni kilsəsinin rəhbərləri Azərbaycanın zəngin təbiəti, sərvətləri haqqında Pyotra ağızdolusu danışıb, onda ölkəmizə iştaha yaratmağı bacarırlar. Eyni zamanda erməni kilsəsinin rəhbərləri “Böyük Ermənistan”ın xəritəsini hazırlayıb rus şahına təqdim edirlər. Bu dəfə erməni kilsəsinin rəhbələrindən olan İsrailin çiyninə I Pyotr polkovnik paqonları yapışdırır. Türkiyəli araşdırmaçı Erdal İlter isə “Erməni kilsəsi və terror” kitabında 1659-cu ildə erməni kilsəsinin rəhbərlərinin Rusiya çarı çar Alekseyə göndərdikləri qızıl taxtdan yazır. Ermənilər Rusiya ilə əlaqələri möhkəmləndirmək üçün bu addımı atırlar.
Hörmətli Rövnəq bəy, tarixin bütün dönəmlərində erməni kilsəsi öz fəaliyyətini müsəlmanlara, türklərə qan udduraraq, torpağını, mövqeylərini bərkitmək uğurunda mübarizəyə həsr edib.

Bu gün də lap qədimdə olduğu kimi bütün dünyada, erməni kilsələri olmayan erməni soyqrımını tanıtmaq üçün çalışır.
1893-1894-cü illərdə erməni kilsələrində planı cızılan müsəlman faciələri yaşandı. İmperialist ölkələr -İngiltərə, Fransa, Amerikanın Türkiyəni parçalamaq üçün ermənilərdən vasitə kimi istifadə etdilər. Amma ermənilər də öz niyyətlərini həyata keçirmək üçün əslində bu ölkələrin gücündən yararlandı. Nəticədə erməni şəbəkələri Türkiyədə üsyanlara, silahlı basqınlara başladı və Anadoluda daş daş üstə qalmadı. Ermənilər bütün Anadolunu yandırıb külə döndərdilər.
1893-1894-cü ildən 1920-ci ilə qədər ermənilər Türkiyədə 800 min nəfər türk və kürdü vəhşicəsinə qırdılar.
Bu tarixi unutmayaq. Yenidən soyqırıma məruz qalmamaq üçün unutmayaq!

Rövnəq bəy, bilmirəm, yəqin ki, siz bu tarixlə maraqlanmamısınız. Mən isə əzizim Rəşad Qarabağ döyüşlərində şəhid olandan sonra düşmənimizin kimliyi ilə maraqlandım. Qarşıma o qədər acılar çıxdı ki, erməni kilsəsinə Allahın evi kimi baxa bilmədim.
Sonda vətən tarixindən “2 alan” ARDNŞ prezidentinə yadında saxlamaq üçün bir xatırlama: Qanımızı içmək uğurunda vuruşan erməni kilsələrini siz pulsuz qazla təmin edirsiniz. Yəni erməniləri, Allahın erməniyə deyil, Azərbaycan xalqına bəxş etdiyi sərvətlə, qazla qızışdırırsınız. Azərbaycan kəndlərinin əksəriyyətində isə hələ də evləri kərmə, təzəklə qızdırırlar.

Rövnəq bəy, Siz əslində bu xalq qarşısında “Hesabat”ınızı verdiniz. Erməni keşişlərini yaxşıca qızdırın, qoy onlar bir qarnı ac, bir qarnı tox olan, kərmə tüstüsündə boğulan, zəif qidalarla qidalanmaqdan xəstəlik tapan zavallı xalqımı məhv etməyin planınını isti kilsələrdə yaxşıca cızsınlar.
Rövnəq bəy, müsahibə zamanı bəlli oldu ki, dayanmadan uçursunuz, ölkədə tapılmırsınız. Nolar, hərdən üzünüzü Azərbaycana tərəf çevirin. Bu gün kəndlərimizin əksəriyətində orta məktəblər qış aylarında demək olar ki, bomboş qalır. Çünki azərbaycanlı şagirdlər bumbuz otaqlarda otura bilmirlər. Valideyinlər övladlarının tez-tez xəstələndiyini görüb məktəbə buraxmır. Bizim kəndimizdə isə şagirdlər özləri ilə odun aparaırlar məktəbə, sinif otaqlarını qızdırmaq üçün.
Rövnəq bəy, sizin suyunu içib, çörəyi ilə böyüdüyünüz Azərbaycanda minlərlə belə məktəb, uşaq bağçaları olduğu halda erməni kilsəsini QIZDIRMAQ o qədərmi vacib idi? Siz erməni kilsəsinə göstərdiyiniz sevgi, diqqət və qayğının heç olmasa, yüzdə birini də Azərbaycan insanına yönəldə bilərsinizmi? Axı bu kasıb balaları böyüyüb, sinəsini sizin sevgi ilə qızdırdığınız ermənilərin VƏTƏNİMİZƏ tuşladığı güllənin qabağına sipər edəcək.
Rövnəq bəy, YADDAŞINIZIN BİR KÜNCÜNƏ YAZIN: Dünyanın ən çox və bahalı almazı Afrikada, Qanada çıxır. Buna baxmayaraq Dünyanın ən kasıb ölkələrindən biri də Qanadır.

Qana dövlətinin almazı Qana xalqının olmadığı kimi, erməni kilsəsi də Allahın evi deyil. Bu kilsələr hər zaman Böyük Ermənistan ideyasının çiçəklənməsi uğurunda sözün bütün mənalarında döyüşüb. Siz isə bu döyüşü \”qızışdırırsınız\”. Özü də bir qəpik zəhmət haqqı almadan.

Arzu Abdulla
interpress
https://youtube.com/watch?v=-ZnTFCSB-Y4