AZAL-dan tələbələr üçün – ENDİRİMbackend

AZAL-dan tələbələr üçün – ENDİRİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”-nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir.

Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, avqustun 1-dən etibarən \”Azərbaycan Hava Yolları\” bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq etmişdir.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: http://www.azal.az/az/azal-miles).

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz./oxu

Interpress.az