MTN əməliyyat keçirdi – 2 nəfər saxlanıldıbackend

MTN əməliyyat keçirdi – 2 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan – 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

İnterpress