Şəki polisi sürücünü tapana 1000 manat verəcək – VİDEObackend

Şəki polisi sürücünü tapana 1000 manat verəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib. Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edib. Müraciətdə həmin qəza hadisəsini görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Şəki Şəhər Rayon Polis Şöbəsi məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatının veriləcəyini bildirir. (Region TV)

İnterpress.az