Ələtdə piyada öldübackend

Ələtdə piyada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində olub. Sabirabad rayon sakini Əziz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Rövşən Məmmədovu vurub.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan R.Məmmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.