Bir gündə 34 cinayətkar tutuldu-AZƏRBAYCANDAbackend

Bir gündə 34 cinayətkar tutuldu-AZƏRBAYCANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, dünən ölkə ərazisində 75 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin yayımladığı xəbərdə deyilir ki, “Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır”.
Qeyd edək ki, bir gün ərzində ölkə daxilində 23 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.

İnterpress.az