Yüksək rütbəli FİFA rəsmiləri İsveçrədə  saxlanılıbbackend

Yüksək rütbəli FİFA rəsmiləri İsveçrədə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat may ayında bir neçə FİFA rəsmisinin tutulduğu Baur au Lac hotelində həyata keçirilib.
FİFA-nın İcraiyyə Komitəsi İsveçrədə keçən iki günlük görüşdə səsvermə ilə bağlı islahatları müzakirə edir.
\”FİFA ABŞ Ədliyyə Departamenti tərəfindən atılmış addımlar barədə xəbərdardır”, – Dünya futbolunu idarə edən qurumun açıqlamasında deyilir.
FİFA bildirir ki, İsveçrə Baş Prokurorluğu və ABŞ ədliyyəsi tərəfindən aparılan araşdırma ilə əməkdaşlığını davam etdirəcək.
\”FİFA bu günkü hadisələr barədə əlavə şərh verməyəcək\”.
İddia edilir ki, saxlanılan rəsmilər Latın Amerikadakı yarışmalar və Dünya Çempionatının seçmə mərhələsilə bağlı oyunların marketinq haqqlarını satarkən rüşvət alıblar.
\”Bü gün Sürixdə daha iki FİFA rəsmisi həbs olunub”, – İsveçrə prokurorluğu bildirib.
İşlə bağlı bəyanatda deyilir ki, ABŞ-a ekstradisiyanı gözləyən rəsmilər təcridxanaya yerləşdirilib.
\”ABŞ-ın həbs sorğusuna əsasən onlar (rəsmilər – red.) milyonlarla dollar həcmində rüşvət almaqda şübhəli bilinirlər”.
May ayında Baur au Lac hotelində ABŞ ədliyyəsinin sorğusu əsasında FİFA rəsmilərinin həbsi ardınca təşkilat ətrafında korrupsiya iddiaları ilə bağlı qalmaqal səngimək bilmir.
İsveçrə prokurorluğunun iddialarla əlaqədar cinayət işi açmasından sonra FİFA-nın etika üzrə komissiyası təşkilatın rəhbəri Sepp Blatteri və UEFA prezidenti Michel Platinini 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırıb. Hər iki şəxs ittihamları rədd edir.
May aynda həbs edilən 7 FİFA rəsmisindən ikisi Amerikaya ekstradisiya olunmağa razılaşıblar. Daha 5 nəfər qərara qarşı verilən apellyasiyanın nəticələrini gözləyir.

Interpress.az