Azərbaycanın şərq rayonlarında çiskin olacaq, yağış yağacaqbackend

Azərbaycanın şərq rayonlarında çiskin olacaq, yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress-ə verilən xəbərə görə, havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Dekabrın 12-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnterpress.az