“Şeyxülislam dini təbliğ etmir, QMİ ləğv edilsin”backend

“Şeyxülislam dini təbliğ etmir, QMİ ləğv edilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elşad Miri, bu barədə sosial şəbəkədə yazıb. E.Miri A.Paşazadəni bu günə kimi dinin təbliği ilə məşğul olmamaqda ittiham edib: “Allahşükür Paşazadənin hansısa telekanala çıxıb, hansısa dini məsələni şərh etdiyini görmüsünüz? Bəs necə olur ki, İranda Xamneyi hər həftə cümə günü xalq qarşısına çıxıb çıxış edir, bütün dünyada hər həftə dini liderlər xalq qarşısında çıxış edirlər? Eləsi var ki, xəstə olduğu halda çıxış edir, eləsi də var ki, xütbə oxuduğu yerdə ölür, amma son nəfəslərinə qədər dinin təbliği ilə məşğuldurlar. Lakin Allahşükür Paşazadə bu günədək dinin təbliği ilə məşğul olmayıb. Dini təbliği Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin kafedra müdiri Vasim Məmmədəliyev aparır, onun da dinlə heç bir əlaqəsi yoxdur. Belə olan halda Qafqaz Müsəlmanları İdarəsi nəyə xidmət edir?”.

E.Mirinin fikrincə, bu qurum ləvğ olunmalıdır: “Qurum dini təbliğat aparmır, insanların dini inanclarla bağlı olan problemlərinin həllində iştirak etmir, özü də Azərbaycanda başqa dövlətlərin də dindarlarını idarə edən təşkilatın rəhbəri kimi fəaliyyət göstərir. Həm qeyri-konstitusiondur, həm qeyri-qanunidir, həm də dinə ziddir. Bu qədər qanun və dinə zidd olan qurumun saxlanılmasına nə ehtiyac var? Azərbaycan Konstitusiyası baxımından bu qurum ləğv edilməlidir”.

İnterpress.az